Rusiya DİN Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Arestoviçi axtarışa verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Aleksey Arestoviç Rusiya Daxili İşlər Nazirliyi tərəfindən cinayət maddəsi ilə axtarışa verilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin axtarış məlumat bazasında bildirilib.
“Aleksey Nikolayeviç Arestoviç. Ukraynalı. Doğulduğu yer: Gürcüstan SSR, Tsiteli-Skaro şəhəri. Cinayət Məcəlləsinə əsasən axtarışdadır”, - deyə məlumat bazasında qeyd edilib.
Axtarışın konkret hansı maddə üzrə aparıldığı isə göstərilməyib.Xatırladaq ki, Aleksey Arestoviç daha əvvəl Rusiyada terrorçu və ekstremistlər siyahısına daxil edilib.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...