Rumıniyanın Baş naziri: Azərbaycanla ümumi layihələri dəstəkləməyə hazırıq
04
mar
2024
21:51
Rumıniyanın Baş naziri Marçel Çolaku Buxarestdə Viktoriya sarayında Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Dursun oğlu Osmanovu qəbul edib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, rəsmilər Rumıniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Baş nazir Çolaku hər iki ölkənin Strateji Tərəfdaşlıq çərçivəsində iqtisadi əməkdaşlıq, investisiyalar, enerji və təhlükəsizlik baxımından ümumi maraq doğuran layihələri dəstəkləməyə hazır olduğunu bildirib.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. BAKU.WS...