Ruanda Prezidenti: Bizim sistem "ASAN xidmət" modelindən çox faydalana bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Ruandanın sistemi "ASAN xidmət" modelindən çox faydalana bilər.
Bunu Ruanda Prezidenti Pol Kaqamen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı deyib.
O bildirib ki, Azərbaycanın ərsəyə gətirdiyi dövlət xidmətlərinin göstərilməsi mexanizmi olan "ASAN xidmət"in necə işlədiyinin şahidi olmağını səbirsizliklə gözləyir:
"Bizim sistem "ASAN xidmət" modelindən çox faydalana bilər. Mənə deyilənə görə, bu sistem, sadəcə, görünüşünə görə yox, hansı nailiyyətləri əldə etməsi və insanlara nəyi verməsi baxımından çox böyük təsir bağışlayır. Biz bu sistemin gücləndirilməsini təmin etmək istəyirik".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...