İrpendəki qətliam faktları Beynəlxalq Cinayət Məhkəməsinə göndəriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna polisi İrpendə Rusiyanın müharibə cinayətləri ilə bağlı bütün zəruri istintaq tədbirlərini başa çatdırıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Baş Təhqiqat Departamentinin rəis müavini Sergey Panteleyev bildirib.
“Bu vaxtadək biz ölən 269 İrpen sakininin meyitinə baxış keçirmişik. Onlar müvafiq məhkəmə-tibbi ekspertiza və ölüm səbəblərinin müəyyənləşdirilməsi üçün təhvil veriliblər. Ötən gün bütün zəruri istintaq fəaliyyətləri tamamlanıb”, - o qeyd edib.
Panteleyev qeyd edib ki, martın 3-dən 27-dək İrpenin işğalı dövründə şəhərdə qalmış sakinlərin şahidliyi əsasında şəhər infrastrukturunun 30%-nin tamamilə məhv edildiyi müəyyən edilib. O əlavə edib ki, öldürülmüş mülki şəxslərin Rusiya hərbçiləri tərəfindən dəfn edildiyi yeddi yerdə yoxlanış keçirilib.
Panteleyev polisin “Rich Town” yaşayış kompleksinin Rusiya hərbçiləri tərəfindən top atəşinə tutulması işi üzrə Beynəlxalq Cinayət Məhkəməsinə ötürüləcək materiallarla bağlı işlərin tamamlandığını deyib. O, toplanmış materialların Ukrayna Baş Prokurorluğu vasitəsilə Beynəlxalq Cinayət Məhkəməsinə ötürüləcəyini vurğulayıb.
Oxşar xəbərlər
KİV: “Almaniya kəşfiyyatı Buçadakı qətliamla bağlı Rusiyanın radiorabitəsini ələ keçirib”
Almaniya Federal Kəşfiyyat Xidməti (FKX) Buça şəhərindəki qətliamla bağlı yeni məlumatların yer aldığı iddia edilən Rusiya hərbi radiorabitəsini ələ keçirib.İdd...