Rövnəq Abdullayev Natiq Əliyevin məzarını ziyarət etdi (FOTO)

Rövnəq Abdullayev Natiq Əliyevin məzarını ziyarət etdi (FOTO)
Siyasət 2335
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi - şirkətin prezidenti Rövnəq Abdullayev və vitse-prezidentlər, eyni zamanda şirkətin kollektivi Azərbaycanın mərhum energetika naziri, “Şöhrət” ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin anadan olmasının 70-ci ildönümü ilə əlaqədar onun II Fəxri xiyabandakı məzarını ziyarət ediblər.BAKU.WS “Report”a istinadla xəbər verir ki, ziyarətçilər mərhum nazirin məzarı üzərinə çiçəklər düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.Qeyd edək ki, N.Əliyev iyunun 9-da İstanbulun “Florence Nightingale” xəstəxanasında vəfat edib. Mərhum iyunun 10-da II Fəxri xiyabanda torpağa tapşırılıb.N.Əliyev 1947-ci il noyabrın 23-də Bakıda anadan olub. O, 1993-2005-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti, 2005-2013-cü illərdə Azərbaycanın sənaye və energetika naziri, 2013-cü ildən ömrünün son gününə qədər energetika naziri vəzifələrində çalışıb.BAKU.WS

Oxşar xəbərlər

Mübariz Mənsimovdan Natiq Əliyevin xatirəsinə böyük jest (FOTO)

Mübariz Mənsimovdan Natiq Əliyevin xatirəsinə böyük jest (FOTO)

Xəbər verdiyimiz kimi, azərbaycanlı iş adamı, "Palmali Şirkətlər Qrupu"nun prezidenti Mübariz Mənsimov yeni nəhəng gəmilərindən birinə Azərbaycanın mərhum energ...

2476 Şou-biznes 12:33 16 noyabr 2017

Son xəbərlər