Rövnəq Abdullayev “Qazprom”un rəhbəri ilə işgüzar görüş keçirib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Rusiyanın “Qazprom” neft-qaz şirkətinin idarə heyətinin sədri Aleksey Millerlə görüşüb.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Qazprom” şirkəti rəsmi məlumat yayıb.
Görüş dünən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub. Bildirilib ki, görüş işgüzar zəmində həyata keçirilib.
Tərəflər qaz sahəsində əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.
Qeyd edək ki, “Qazprom” qaz sənayesində qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə 2018-ci ildə Azərbaycanda öz nümayəndəliyini açıb.
Qalereya
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...