Ronaldodan sonra “Əl-Nəsr”in izləyicisi qat-qat artdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun sosial şəbəkələrdə izləyici sayı qat-qat artıb.
BAKU.WS xəbər verir ki, buna səbəb Portuqaliyalı ulduz Kriştiano Ronaldonun komandaya transfer olunmasıdır.
Belə ki Ronaldoya qədər izləyici sayı 900 min nəfərə yaxın olan klubun instaqram hesabını hazırda 10 milyona yaxın insan izləyir.
Qeyd edək ki, hücumçunun “Əl-Nəsr”lə sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.
Ronaldunun son komandası “Mançester Yunayted” olub. O, qalmaqallı müsahibəsindən sonra Mançester təmsilçisini tərk edib.
Qalereya
Oxşar xəbərlər
Kriştiano Ronaldonun brilliant üzüyü gündəm oldu - FOTO
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun brilliant qaşlı üzüyü görənləri heyran qoyub. BAKU.WS xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubun...