Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb

31
may
2020
15:47
Roma Papası Fransisk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
BAKU.WS-in xəbərinə görə, təbrik məktubunda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün həmvətənlərinizə ən xoş arzularımı yetirirəm. Xüsusilə COVID-19 pandemiyasının tüğyan etdiyi bu çətin zamanda Ulu Tanrı bütün insanlara daha ədalətli və mehriban cəmiyyət qurmaq üçün ləyaqətli, təhlükəsiz və sağlam mühitdə yaşamağı nəsib etsin.
Uca Yaradandan Zati-alinizə və bütün Azərbaycan xalqına bol-bol xeyir-dua diləyirəm".
Oxşar xəbərlər
4 ölkə prezidenti İlham Əliyevi təbrik etdi
Respublika Günü münasibəti ilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir. BAKU.WS xəbər verir ki, Koreya Respublikasının Prezidenti Mun Ce-i...
