Riki Martin erməni ərindən boşanır - FOTO

Dünya şou-biznesinin ulduzu Riki Martin altı ildir evli olduğu erməni əsilli əri Cvan Yosefdən boşanır.
BAKU.WS xəbər verir ki, keçmiş sevgililər qərarlarını "People" jurnalına ortaq bir açıqlama ilə bildiriblər.
"Bütün bu gözəl illərdə bir cüt olaraq yaşadıqlarımızı, evliliyimizi, hörmət və ləyaqətlə bitirməyə qərar verdik. İndi ən böyük arzumuz, bir-birimizə olan hörmətimizi və sevgimizi qoruyaraq uşaqlarımızı birlikdə böyütməyə davam etməkdir.
Xatırladaq ki, cütlük 2015-ci ildə görüşməyə başlayıb. Hazırda onların iki övladı var.
Cvan Yosef isveçli rəssamdır. Atası Suriya kürdü, anası isə ermənidir. Cvan Suriyanın Ras El Ain şəhərində anadan olub.

Oxşar xəbərlər
Sevdiyi ərindən şiddət gördü, xərçəngə məğlub oldu - “Rokun kraliçası” haqqında bilinməyənlər - FOTO
Dünya musiqi tarixində bir çox məşhurlar var ki, onlar öldükdən sonra da xatırlanır, yada salınır və mahnıları sevilərək dinlənilir. Ötən gün vəfat edən tanınmı...
