İrəvanda polis idarəsinə hücum edən silahlı şəxs zərərsizləşdirildi - VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda təhlükəsizlik əməkdaşları silahlı şəxsi polis bölməsində zərəsizləşdiriblər.
Bu barədə görütülər sosial şəbəkəyə yerləşdirilib.
Həmin görüntüləri təqdim edirik:
***19:00
Ermənistanın paytaxtı İrəvanda naməlum silahlı şəxslər polis bölməsinə hücum ediblər.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, İrəvanın Nor Nork rayonunda polis idarəsinin binası yaxınlığında iki nəfər qumbara partlatmaqla hədələyib, binanın həyətində partlayış baş verib.
Məlumata görə, idarə binasının yaxınlığında toplaşan, əsasən, “Döyüş Qardaşlığı” təşkilatının üzvləri olan bir qrup vətəndaş təmsil etdikləri təşkilatın üzvlərinin həbsdən azad edilməsini tələb ediblər.
Binaya çoxlu sayda polisin gəldiyi qeyd edilir.
Sputnik Armenia isə xəbər verir ki, İrəvanda silahlı şəxslər polis idarəsinin binasına soxulublar.
İlkin məlumatlara görə, binanın yaxınlığında qumbara partlayıb və yaralılar var.
Bu qrupun daha üç nümayəndəsinin idarənin içərisində olduğu deyilir.
Polis binasına xüsusi təyinatlılar və qırmızı beretlər yerləşdiriləcək.
Qeyd edək ki, dünən polis “Döyüş Qardaşlığı” təşkilatından 69 nəfəri saxlayıb.
Təşkilatın liderlərindən biri də son vaxtlara qədər Nikol Paşinyan hökumətinin hərəkətlərini tam dəstəkləyən Hrant Ter-Abrahamyandır.
0
0
0.5)
0 1px 10px 0 rgba(0
0
0
0.15); margin: 1px; max-width:540px; min-width:326px; padding:0; width:99.375%; width:-webkit-calc(100% - 2px); width:calc(100% - 2px);">
Oxşar xəbərlər
İrəvanda "qanuni oğru"lar arasında insident olub
Noyabrın 17-də İrəvanda "qanuni oğru"lar arasında baş vermiş insidentdən sonra Ermənistan Daxili İşlər Nazirliyinin Baş Kriminal Polis İdarəsi, Yerevan Şəhər Po...