İrəvanda azərbaycanlı deputatlara hücuma cəhd edən daşnaklar cəzalandırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan polisi ötən gün azərbaycanlı deputatların qaldığı hotelə soxulmağa cəhd edən 25 nəfərə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açıb.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, erməni mənbələrinin məlumatına görə, bu barədə vəkil Benik Qalstyan xəbər verib.
“Qərara əsasən cinayət işi açılıb, adıçəkilən 25 nəfər xuliqanlıq edib”, - deyən hüquq müdafiəçisi saxlanılan şəxslərin öz qanunsuz əməllərinə polis idarəsində davam etdiyini bildirib.
Qeyd edək ki, azərbaycanlı deputatların qaldığı hotelə hücum edənlər Ermənistanın radikal millətçi “Daşnaksütyun” Partiyasının üzvləri olub.
Oxşar xəbərlər
Sarqsyanın aprel müharibəsi ilə bağlı yalanları - ŞƏRH
Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyan “Armnyus” telekanalına müsahibəsində 2016-cı ildəki aprel müharibəsinin Azərbaycan tərəfinin Rusiyaya müraciət etmə...