Rəsmi Bakıdan ABŞ Dövlət Departamentinə cavab

Rəsmi Bakıdan ABŞ Dövlət Departamentinə cavab
Siyasət 131

“Ermənistan tərəfini öhdəliklərini yerinə yetirməyə, qanunsuz fəaliyyətə son qoymağa çağırmaq yerinə düşərdi!”

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə öz tvitter hesabında yazıb.

O bildirib ki, Azərbaycanın Qarabağ bölgəsinə təchizat gətirən 1000-dən çox avtomobil ABŞ Dövlət Departamentinin yanvarın 24-də dediklərinin əksini sübut edir.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays yanvarın 24-də keçirdiyi brifinqdə Azərbaycanı Laçın yolundakı blokadanı açmağa çağırmışdı.

Son xəbərlər