Rəşad Nəbiyev: “TEKNOFEST Azərbaycan” gənc nəslin texnologiyalara marağının artmasına səbəb olacaq” - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı çərçivəsində keçirilən müsabiqələrin ikinci və üçüncü yer üzrə qalibləri təltif olunublar və festival uğurla başa çatıb.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tviter hesabında yazıb.
R.Nəbiyevin sözlərinə görə, festivala maraq böyük olub:
“300 minə yaxın izləyicinin maraqla qatıldığı festivalın təşkilində əməyi keçən hər bir kəsə təşəkkürümüzü bildiririk. İnanıram ki, Prezident İlham Əliyevin himayəsi ilə keçirilən “TEKNOFEST Azərbaycan”ın texnoloji müsabiqələri, tədbirləri gənc nəslin texnologiyalara marağının artmasına və innovasiya proseslərinin birbaşa iştirakçısına çevrilməsinə səbəb olacaq”.
İnanıram ki, cənab Prezident İlham Əliyevin himayəsi ilə keçirilən “TEKNOFEST Azərbaycan”ın texnoloji müsabiqələri, tədbirləri gənc nəslin texnologiyalara marağının artmasına və innovasiya proseslərinin birbaşa iştirakçısına çevrilməsinə səbəb olacaq. pic.twitter.com/BLc53yIBKm
— Rashad Nabiyev (@RashadNNabiyev) May 30, 2022
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...