Rəqəmsal hökumət arxitekturası hazırlanacaq
Rəqəmsal hökumət arxitekturası hazırlanacaq.
BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən "Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası"nda əksini tapıb.
Konsepsiyaya əsasən, ölkə səviyyəsində rəqəmsal ekosistem üzrə rəqəmsal hökumət arxitekturası qurulacaq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və aidiyyəti qurumlarla birlikdə 2025-2027-ci illərdə bunu təmin etməlidir. Bunun üçün Rəqəmsal hökumət arxitekturasının formalaşdırılması üzrə qurumlararası ixtisaslaşmış işçi qruplar yaradılacaq və fəaliyyətə başlayacaq.
Oxşar xəbərlər
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. BAKU.WS xəbər verir ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu...