“Report” ilə UNİAN arasında əməkdaşlıq memorandumu imzalandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Report” İnformasiya Agentliyi (İA) ilə UNİAN (Ukraynanın Müstəqil Xəbərlər İnformasiya Agentliyi) məlumat mübadiləsi sahəsində əməkdaşlıq edəcəklər.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hər iki informasiya agentliyi arasında qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək məqsədi ilə bu gün Kiyev şəhərində memorandum imzalanıb. Sənədi “Report” İA-nın direktoru Fuad Hüseynəliyev və UNİAN-ın baş redaktoru Mixail Qannitskiy imzalayıblar.
Tərəflər ölkələrinin daxili və beynəlxalq həyatında cərəyan edən aktual hadisələr haqqında operativ və etibarlı informasiya materiallarının mütəmadi olaraq mübadiləsini dəstəkləmək barədə razılığa gəliblər.
Bununla yanaşı, memorandum işçilərin ixtisaslarını artırmaq üçün mübadilə proqramlarının həyata keçirilməsini, habelə Azərbaycan və Ukrayna arasında peşəkar əlaqələrin və dostluq münasibətlərinin inkişafına töhfə verəcək tədbirlərin birgə təşkilini nəzərdə tutur.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Respublikası və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi - TAM MƏTN
İyunun 15-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad olunan Şuşa şəhərinə tarixi səfər edib və Qarabağın ürəyi olan...