Regionun taleyini dəyişəcək proses: Bakı və Ankaradan tarixi layihə
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, xarici mediada ötən həftə Azərbaycan və Türkiyənin Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi yeni təşəbbüslər, eləcə də Ermənistan-Azərbaycan sülh prosesi geniş müzakirə olunub.
Qeyd edilib ki, Rumıniyanın "Curs De Guvernare" nəşri TANAP layihəsinin analoqu olacaq yeni elektrik enerjisi dəhlizinin yaradılması üzərində iş aparıldığını yazıb.
Nəşrdə bildirilib ki, layihə Azərbaycanın enerji resurslarının Türkiyə vasitəsilə Avropa bazarlarına çatdırılmasını nəzərdə tutur və Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, eləcə də digər Cənub-Şərqi Avropa ölkələri arasında enerji əlaqələrinin gücləndirilməsinə xidmət edəcək.
Verilişdə ABŞ Dövlət katibi Mark Rubionun TRIPP layihəsi ilə bağlı açıqlamalarına da yer verilib.
Bildirilib ki, Rubio layihəni Ermənistan və Azərbaycan arasında sülh sazişinin lövbəri və inqilabi təşəbbüs kimi qiymətləndirib, ABŞ-nin bu prosesdə fəal iştirak etdiyini, imzalanmış müqavilənin Amerika şirkətlərinin, eləcə də regional tərəfdaşların maraqları naminə yeni investisiya imkanları yaradacağını vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Suriya Ərəb Respublikasının Xarici İşlər və Mühacirlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keç...