Regionda güc balansı dəyişir? - "Euronews"da "Qarabağın ürəyi"ndən reportaj

Regionda güc balansı dəyişir? - Euronewsda Qarabağın ürəyindən reportaj
Video
Siyasət 15

Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, "Euronews" kanalı "Around Azerbaijan" çərçivəsində Şuşanın Azərbaycanın mədəni həyatında niyə mərkəzi yer tutduğu barədə bəhs edib.

"Euronews"un müxbiri Natali Lindo Azərbaycanın mədəni beşiyi olan Şuşaya səyahət edib.

"Euronews" müxbirini Şuşa Dövlət Təbiət Qoruğunun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Səmayə Məmmədova müşayiət edib.

Ermənistanın baş naziri Nikol Paşinyan rusiyalı həmkarından Arazdəyəndən Naxçıvana və Axurik kəndindən Türkiyə sərhədinə qədər olan dəmir yolu hissəsinin təcili şəkildə tam bərpa edilməsini xahiş etdiyini bildirib.

Rusiyanın "Moskva-Baku" nəşri oxucularına xəbər verir ki, yaxın gələcəkdə Ermənistanın baş naziri Rusiya tərəfindən İcevan-Qazax dəmir yolunun bərpasını tələb etməyi planlaşdırır.

"Ümid edirəm ki, rusiyalı həmkarım bu xahişi yerinə yetirəcək", - deyə Nikol Paşinyan qeyd edib.

Daha ətraflı videomaterialda:

Son xəbərlər