Rəcəb Tayyib Ərdoğanla həmkarı Vladimir Putin arasında telefon danışığı olub
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
BAKU.WS xəbər verir ki, bu barədə HABER GLOBAL məlumat yayıb.
Görüşdə Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan görüş zamanı Türkiyə ilə Rusiya arasında ticarət həcminin genişləndirilməsi başda olmaqla bir çox sahədə əməkdaşlığın artırılmasını hədəflədiklərini bildirib.
Türkiyə prezidenti ölkəsinin bölgədəki gərginliyin aradan qaldırılması üçün səylərini davam etdirdiyini və sülh proseslərinə töhfə verməyə davam edəcəyini bildirib.
Oxşar xəbərlər
Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib
29 oktyabrda xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xa...