Rəcəb Tayyib Ərdoğan qadın müxbirin dırnaq boyasına təəccübləndi: "Mən nə edəcəyəm indi?" - VİDEO

Türkiyə Böyük Millət Məclisinin iclasından sonra jurnalistlərin suallarını cavablandıran Prezident Rəcəb Tayyib Ərdoğanın diqqətini qadın müxbirlərdən birinin dırnaq boyası çəkib.
Rüya Akkuş adlı jurnalist izdihamın arasından mikrofonu Ərdoğana uzadıb və "Qısa bir sualımız var idi" deyib.
Müxbirin müxtəlif rənglərdə olan dırnaq boyaları Ərdoğanı təəccübləndirib.
"Bu dırnaq boyaları nədir? Dırnaq boyalarının modeli qəribədir... Mən nə edəcəyəm indi, yuxudayammı?", - deyə o, təəccübünü ifadə edib.
Ərdoğan daha sonra Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelikə doğru üzünü çevirib.
"Partiya sözçüsü olaraq qiymətləndirmənizi eşidək", - deyə ona sual verib.
"Xanımlara hər şey yaraşır", - deyə Ömər Çelik gülümsəyərək cavab verib.
Təəccüblənən qadın müxbir də məsələ ilə bağlı fikrini bildirib.
"Efendim, yaya hazırlıqdır", - deyə o qeyd edib.
Bu dialoq gülüşə səbəb olub. Daha sonra Rüya Akkuş Ərdoğana suallarını ünvanlayıb.
Oxşar xəbərlər
Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - YENİLƏNİB - VİDEO
Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçi...
