Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Türkiyə Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da hərtərəfli inkişaf edəcəyinə əminliyini ifadə edib, əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir - YENİLƏNİR
“Azərbaycanın çoxtərəfli əməkdaşlıq çərçivəsində mühüm regional təşəbbüslər və layihələr həyata keçirməklə bölgədə sabitliyə, təhlükəsizliyə və inkişafa verdiyi...