Rəcəb Tayyib Ərdoğan: Ermənistan Avropanın enerji təchizatını təhlükəyə atır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan ərazilərini işğal edən Ermənistan, təbii qaz və neft boru kəmərlərinin nəqliyyat xətləri üzərində yerləşən Tovuz bölgəsindən sonra Gəncə şəhərinə hücum etməsi ilə Avropanın enerji təchizatını təhlükəyə atır.
BAKU.WS azertac-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə telefon danışığı zamanı bildirib.
Türkiyə Prezidenti Avropa İttifaqı ölkələrini Azərbaycanın torpaq bütövlüyü ilə bağlı tutarlı bir mövqe ortaya qoymağa çağırıb.
Danışıq əsnasında Türkiyə-Aİ əlaqələri, regional məsələlər, xüsusilə Aralıq dənizinin şərqindəki proses müzakirə edilib.
Oxşar xəbərlər
İlham Əliyevin CNN-Türk televiziyasına müsahibəsinin TAM MƏTNİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir: - Cənab Prezident İlh...