Rasim Balayev Los-Ancelesdəki baş konsulluqda tədbirdə iştirak edib

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda xalq artisti Rasim Balayevin iştirakı ilə tədbir keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Kaliforniyadakı diplomatik missiyasının mətbuat xidməti bildirib.
"Azərbaycan Respublikasının xalq artisti cənab Rasim Balayevlə baş konsulluğumuzda keçirdiyimiz möhtəşəm bir axşam! Bizə qoşulduğunuz və belə maraqlı müzakirədə iştirak etdiyiniz üçün əziz icma üzvlərimizə ürəkdən minnətdarıq", – baş konsulluğun sosial şəbəkə hesabında qeyd olunub.
Tədbirdə musiqiçilər Emin Kərimi və Nail Qurbanovun ifaları, jurnalist Kamran Qasımovun aparıcılığı ilə baş tutub.
What an incredible evening we had at our Consulate General with Mr. Rasim Balayev, the People's Artist of the Republic of Azerbaijan! A heartfelt thank you to our wonderful community members for joining us and engaging in such a fascinating discussion.
— Azerbaijan in L.A. (@azconsulatela) April 3, 2025
A special thanks to our… pic.twitter.com/yF9eH6evcB
Oxşar xəbərlər
Ermənistan və Fransa rəsmiləri Azərbaycanla normallaşma prosesini müzakirə ediblər
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Fransaya işgüzar səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazir...
