İranlı qadın taekvandoçu Almaniyaya sığınıb - FOTO

İranlı qadın taekvandoçu Almaniyaya sığınıb - FOTO
Siyasət 63

İranın taekvando üzrə milli yığmasının üzvü Fatimə Ruhani Almaniyadan sığınacaq istəyib.

BAKU.WS xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, o, Cənubi Koreyanın İnçeon şəhərində keçirilən Asiya oyunlarında gümüş medal qazanan keçmiş taekvandoçulardan biridir.

Xatırladaq ki, Fatimə Ruhani ilə yanaşı son illərdə İran milli komandasının müxtəlif idman sahələrində medallar qazanan üzvləri də xarici ölkələrə sığınıblar. İdmançıların artan bu miqrasiyaları hazırda ölkə ərazisində baş verən etirazlara qarşı repressiyaların güclənməsi ilə bağlıdır.

Son xəbərlər