İranın Şimali Xorasan əyalətində ən azı 150 uşaq məcburi əməyə cəlb edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Şimali Xorasan əyalətində ən azı 150 uşaq məcburi əməyə cəlb edilib.
Bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
İranda İnsan Haqları Təşkilatından bildirilib ki, Şimali Xorasan əyalətinin Sosial Yardım Təşkilatında faktla bağlı cəmi 158 uşaq barəsində dosye açılıb.
Təşkilatın sədr müavini Hüseyn Xəlilzadə 158 uşağın kimliyini müəyyən etməklə yanaşı, onların müxtəlif sahələrdə qanunsuz şəkildə istismar edilməsini də etiraf edib.
Xatırladaq ki, Beynəlxalq Əmək Təşkilatının dərc etdiyi statistikaya əsasən, İranda 10 milyona yaxın uşaq məcburi əməyə cəlb olunub.
Oxşar xəbərlər
İranda hər sutkada dörd nəfər edam edilir - FOTO
İran İnsan Haqları Təşkilatının mayın 5-də yaydığı hesabatına görə, ötən 10 gün ərzində İranda hər 6 saatda bir nəfər, yəni hər sutkada 4 nəfər dar ağacından as...