İranın əyalət mollası zəlzələdən zərər çəkən insanları İsrailin yardımlarından imtinaya çağırdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İranın əyalət mollası Türkiyədə zəlzələdən zərər çəkənləri İsrailin göndərdiyi yardımlardan imtina etməyə çağırıb.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, İran rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi Seyid Həsən Amoli bu gün cümə namazı xütbəsində deyib:
“İsrailin zəlzələ ilə bağlı Türkiyəyə yardım adı ilə gətirdiyi hər şey oğurluqdur. Türkiyə xalqı o yardıma əl vurmasın və ondan imtina etsin!”
O iddia edib ki, İsrail İranın qonşuluğunda 5 min baş camış ferması açmaq qərarına gəlib. Bu yardımdan qan qoxusu gəlir.
Oxşar xəbərlər
Türkiyədə zəlzələ qurbanlarının sayı durmadan artır - YENİLƏNİB+11/VİDEO
Türkiyədə zəlzələ qurbanlarının sayı 2316-ya çatıb. 13 min 293 nəfər isə yaralıdır. ***06.02.2023 23.25 Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1 762...