İranın Ali lideri: "Ermənistan işğal etdiyi əraziləri Azərbaycana qaytarmalıdır"

İranın Ali lideri: Ermənistan işğal etdiyi əraziləri Azərbaycana qaytarmalıdır
Siyasət 932

İranın Ali lideri Ayətullah Seyid Əli Xamenei bildirib ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsi zəruridir və Azərbaycan bu məsələdə beynəlxalq qanunlar baxımından haqlı tərəfdir.

BAKU.WS xəbər verir ki, ali lider bu barədə Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövludu ilə bağlı çıxışında danışıb.

Ayətullah Xamenei həmçinin bildirib ki, bu müharibə region üçün o cümlədən İran üçün təhlükə yaradır və tez bir zamanda bitməlidir:

"Məlumdur ki, bu ərazilər Azərbaycanındır və Ermənistan tərəfinin işğal etdiyi ərazilər azad edilməlidir. Azərbaycan Respublikası bu məsələdə haqlıdır".

Son xəbərlər