İrandan Azərbaycan və Ermənistana Qarabağ tövsiyyəsi
İran, Azərbaycan və Ermənistan arasında baş verən gedən döyüşlərdən narahat olduğunu açıqlayıb.
BAKU.WS-in məlumatına görə, İran Xarici işlər Nazirliyinin sözcüsü Hüseyn Cabiri Ənsari hər iki qonşu dövləti soyuqqanlı olmağa dəvət edib.
"Vəziyyəti daha da çətinləşdirəcək hərəkətlərdən uzaq durmalarını istəyirik. Tərəflərdən hərbi əməliyyatlara dərhal son verərək, bütün səylərini problemin Birləşmiş Millətlər Təşkilatı və Minsk Qrupunun danışıqları çərçivəsində sülh yolu ilə həll edilməsinə istiqamətləndirilməsini tövsiyə edirik".
İranlı sözcünün yazılı açıqlamasında Qarabağda hərbi əməliyyatların başlamasının İran İslam Respublikası üçün böyük qayğıya səbəb olduğunu bildirib.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyevdən Ermənistanla bağlı sərt açıqlama
"1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olunub, xalq...