İrandan Azərbaycana növbəti xəyanət: Tehran qadağa tətbiq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
İran Azərbaycanla bağlı qadağa tətbiq edib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, İran Azərbaycandan Naxçıvan Muxtar Respublikasına hərbi yükdaşımaları həyata keçirən təyyarələr üçün öz hava məkanını qapayıb. Bununla da İran ölkəmizə növbəti dəfə xəyanət edib.
Ancaq bunun Azərbaycan üçün zərəri yoxdur. Çünki Azərbaycanın öz ərazi subyektinə hərbi yük daşıması üçün alternativ hava məkanları mövcuddur.
Koronavirus pandemiyası dövründə İrana və İrandan yükdaşımaları “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə - Azərbaycandan keçməklə həyata keçirilib. Bu dəhlizdə Azərbaycanın tranzit imkanları genişdir. İran bu dəhlizdən də Azərbaycana qarşı yararlanmağa çalışır ki, bu da əbəsdir. Başqa sözlə, logistika məsələsində İran Azərbaycandan daha çox asılıdır, nəinki Azərbaycan İrandan. Sadəcə indi bu qərarı verənlər özlərinin xislətini nümayiş etdiriblər.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Türkiyənin "Anadolu" agentliyinə müsahibəsi - TAM MƏTN - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibə verib. Müsahibə sentyabrın 27-də agentliyin saytında yayımlanıb. BA...