İranda yaşayan azərbaycanlı: “Arvadım bilərziyini verdi ki, sat, Türkiyəyə get, orda insanlar ölür” - VİDEO

İranda yaşayan azərbaycanlı: “Arvadım bilərziyini verdi ki, sat, Türkiyəyə get, orda insanlar ölür” - VİDEO
Video
Siyasət 88

İranda yaşayan Məmməd adlı azərbaycanlı kişi dəhşətli zəlzələdən sonra dəstək üçün Türkiyəyə yollanıb.

BAKU.WS xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yayılıb.

“İrandan gəlmişəm, türkiyəliləri çox sevirəm. İranda olanda bütün fəlakətlərə getmişəm. Harada nə fəlakət baş veribsə, o əraziyə yollanmışam. İndi də xanımım Türkiyədə həlak olanları görüb ağladı. Məndən soruşdu: “Məmməd, hər yerə gedirsən. Türkiyəyə niyə getmirsən?” Cavabında dedim ki, qızımızı təzə evləndirmişik. Pulum yoxdur. Onun bir dənə qızıl bilərziyi var idi. Verdi ki, apar sat: “Mən bu bilərziyi istəmirəm. Sat, pul elə, Türkiyəyə get”.

Həmin videonu təqdim edirik:

Son xəbərlər