İranda son 10 ildə edam edilənlərin sayı açıqlandı: Dəhşətli rəqəmlər - FOTO

20
iyl
2023
18:36
İran Məhkəməsi tərəfindən son 10 ildə 4829 vətəndaş edam edilib ki, onların 40 nəfərindən çoxu uşaq və azyaşlıdır.
Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.
Bununla bağlı İranın İnsan Haqları Təşkilatının xəbər agentliyinin verdiyi məlumata görə, 2013-cü ildən bu ilə qədər ümumilikdə bu qədər insan edam edilibsə, cari ildə bu tendensiya üzrə şokedici artım qeydə alınıb.
Bu artım isə may ayından hər həftə orta hesabla 10 İran vətəndaşının edam edilməsi deməkdir.
Oxşar xəbərlər
İranda daha beş məhbusa edam hökmü verildi - FOTO
İran həbsxanalarında beş məhbusun edam hökmü verilib. “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İranda İnsan Haqları Təşkilatı xəbər yayıb Bil...
