İranda nazirin olduğu helikopter qəzaya uğrayıb, müşaviri ölüb

İranda nazirin olduğu helikopter qəzaya uğrayıb, müşaviri ölüb
Siyasət 62

İranın gənclər və idman naziri Həmid Saccadinin göyərtəsində olduğu helikopter qəzaya uğrayıb.

BAKU.WS xaric KİV-ə istinadən xəbər verir ki, hadisə fevralın 23-də Kerman əyalətinin Baft şəhərində baş verib və Həmid Səccadi yaralı vəziyyətdə hospitala yerləşdirilib.

Hadisə nəticəsində gənclər və idman nazirinin müşaviri ölüb, 12 nəfər isə yaralanıb.

Qəzanın səbəbi araşdırılır.

Son xəbərlər