İranda koronavirusdan ölənlərin sayı 6 mini ötüb
Yeniliklərdən dərhal xəbərdar olun
İranda koronavirusun yayılmasının pik həddi arxada qalsa da, ölüm və yoluxma halları artmaqda davam edir.
BAKU.WS-in məlumatına görə, İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpura istinadla xəbər verir ki, son 24 saat ərzində 983 nəfərin virusa yoluxması, 71-nin isə həyatını itirməsi qeydə alınıb.
Beləliklə İranda virusa yoluxanların ümumi sayı 94 min 640 nəfərə, ölənlərin sayı isə 6028 çatıb.
Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 75 min 103 nəfər sağalaraq evə buraxılıb. K.Cahanpur bildirib ki, ölüm hallarının daha da artacağı istisna olunmur. Çünki hazırda 2976 nəfərin vəziyyəti ağırdır.
Oxşar xəbərlər
İranda koronavirusdan ölənlərin sayı 5 mini keçdi
İranda 19 fevraldan indiyədək koronavirus (COVID19) nəticəsində 5 031 nəfər ölüb. BAKU.WS-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazir...