İranda koronavirusdan ölənlərin sayı 54-ə çatdı
İranda yeni koronavirusa (Covid 19) yoluxanların sayı 978 nəfərə çatıb.
BAKU.WS xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib.
K.Cahanpurun sözlərinə görə, ötən sutka ərzində 385 nəfər bu virusa yoluxub.
Cahanpur əlavə edib ki, ötən sutka ərzində 11 nəfər dünyasını dəyişib. Beləliklə də, İranda koronavirusdan ölənlərin sayı 54 nəfərə çatıb.
Qeyd edək ki, alimlər koronavirus “nCoV”la 2019-cu ilin sonunda tanış olublar.
Dünya Səhiyyə Təşkilatı da “nCoV”la bağlı həyəcan təbili çalıb.
Bildirilir ki, koronavirusların 37-dən artıq növü var. Lakin yayılan “nCoV” həkimlərin ən çox qorxduğu virus ailəsindəndir.
Oxşar xəbərlər
İranda koronavirusdan ölənlərin sayı artır - 22 ölü - FOTO
İranda yeni koronavirusdan (COVİD-19) ölənlərin sayı artıb. BAKU.WS xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. Bu günə olan məlumata görə, koronavirusdan ölə...