İranda keçirilən "Snayper həddi" müsabiqəsinin növbəti mərhələsi üzrə püşkatma mərasimi keçirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsində ikinci mərhələnin epizodlarının icrası üzrə sıralamanı müəyyənləşdirmək məqsədilə püşkatma mərasimi keçirilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Püşkatmanın nəticələrinə əsasən Azərbaycan komandası çalışmaları yeddinci sırada yerinə yetirəcək.
Daha sonra müsabiqənin planına uyğun olaraq ikinci mərhələyə hazırlıq prosesinə start verilib. Hərbi qulluqçular tapançalardan sınaq atışları həyata keçiriblər.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...