İranda daşqınlar nəticəsində 3 nəfər ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
İranın şimal-qərbində iki gün ərzində baş verən daşqınlar nəticəsində azı 357 nəfər zərər çəkib, 3 nəfər isə ölüb.
“Report” xəbər verir ki, bu barədə “Mehr” agentliyi İran Qızıl Aypara Cəmiyyəti yanında xilasetmə xidmətinin rəhbərinə istinadən məlumat yayıb.
Məlumata görə, 241 nəfər müvəqqəti yerləşdirmə mərkəzlərindədir. Zərərçəkənlərdən biri təbii fəlakət sonrası daşqında boğulub, digər iki nəfər isə ildırım vurması nəticəsində ölüb.
Daşqına güclü yağışlar səbəb olub. Xilasetmə əməliyyatları hələ də davam edir. Daşqın zonasından 30 evin sakinləri təxliyə edilib.
Oxşar xəbərlər
Zəlzələdən zərərçəkənə verilən yastıqdan qızıllar çıxdı - FOTO/VİDEO
Türkiyədə güclü zəlzələdə evi dağıntılar altında qalan Ali Çetinkaya və ailəsi Mersinin Mut bölgəsində bir evə yerləşdirilib. BAKU.WS Türkiyə KİV-ə istinadən x...