İranda daha bir deputat koronavirusa yoluxdu - VİDEO
İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Müctəba Zünnur koronavirusa yoluxub.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, bu barədə özü məlumat verib.
M.Zünnur analizin nəticələrinin müsbət çıxdığını və hazırda karantinə alındığını vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi və Tehranın deputatı Mahmud Sadiqiyə koronavirus diaqnozu qoyulub.
İran Səhiyyə Nazirliyi isə ölkənin 20 əyalətində koronavirusa yoluxma halının qeydə alındığını, indiyədək 22 nəfərin öldüyünü, 54 nəfərin sağaldığını, 141 nəfərə isə koronavirus diaqnozunun qoyulduğunu təsdiqləyib.
Oxşar xəbərlər
İran rəsmən açıqladı - koronavirusa yoluxanların sayı 60-ı keçdi
İranda yeni koronavirusa yoluxanların sayı indiyədək 60 nəfəri keçib. Bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini, doktor İrəc Hərirçi mətbua...