İranda azərbaycanlı qadın vəkil həbs edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İranda Şərqi Azərbaycan Vəkillər Birliyinin üzvü, təbrizli vəkil Negin Kəyani həbs edilib.
BAKU.WS "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, azərbaycanlı vəkilin iki həftə bundan öncə saxlanılmasına baxmayaraq, həbsi barədə xəbər oktyabrın 31-i gecə saatlarında yayılıb.
Onun tutulmasına səbəb Təbrizdə keçirilən etirazlara qatıldıqları üçün həbs edilənlərin müdafiəçisi və vəkili kimi fəaliyyət göstərməsi olub.
Digər azərbaycanlı vəkil Cəfər Əfşarniya özünün sosial media hesabında etdiyi paylaşımda Negin Kəyaninin nədə ittiham olunduğu barədə rəsmi iddia irəli sürülmədiyini və qeyri-müəyyən vəziyyətdə saxlanıldığını yazıb.
Qeyd edək ki, oktyabrın 15-də Güney azərbaycanlı vəkillər Qasım Bodi, Sina Yusifi və Əmir Mehdipur da saxlanılıblar.
Oxşar xəbərlər
Təbrizdə azərbaycanlı vəkil həbs olundu - FOTO
Təbrizdə daha bir azərbaycanlı vəkil həbs olundu BAKU.WS "Mouze" teleqramına istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Məhkəmə Hüquqşünasları Assosia...