İranda attraksion qırıldı: Uşaqlar yerə çırpıldılar - VİDEO

İranda attraksion qırıldı: Uşaqlar yerə çırpıldılar - VİDEO
Video
Siyasət 223

İranın İsfahan əyalətində əyləncə parkında attraksionun qırılması nəticəsində azı doqquz yeniyetmə xəsarət alıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, istismar zamanı zəncirli karusel sıradan çıxıb və onun üzərində olan hər kəs hündürlükdən yerə yıxılıb.

Zərərçəkənlərin yaşı 13-15 arasında olub. Onlardan altısı qız və üçü oğlandır.

Yeniyetmələr bel xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, həkimlər onların vəziyyətini stabil qiymətləndirirlər.

Hadisənin səbəbləri araşdırılır. Əyləncə parkı hazırda bağlıdır.

Son xəbərlər