İran Zelenskini hədələdi - VİDEO

İran Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Konqresində çıxışından sonra onu hədələyib.
BAKU.WS xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Naser Kanaani bəyan edib.
Məlumata görə, Zelenski çıxışı zamanı İranı müharibədə istifadə olunması üçün Rusiyaya pilotsuz uçuş aparatları göndərməkdə ittiham edib.
“Cənab Zelenski yaxşı bilir ki, İranın bu cür əsassız iddialara qarşı strateji səbri sonsuz deyil. Ukrayna lideri ABŞ-nin dəstəyi ilə kifayətlənən bəzi digər siyasi liderlərin taleyindən dərs almalıdır”, - deyə Kanaani bildirib.
Qeyd edək ki, bundan əvvəl İran Rusiyaya pilotsuz təyyarələrin verilməsi ilə bağlı Qərbin ittihamlarına cavab verib. Həmçinin avqust ayında İranın Rusiyaya “Mohajer-6” və “Shahed” pilotsuz uçuş aparatları göndərdiyi məlum olub.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
