İran XİN: Azərbaycan İran üçün böyük əhəmiyyət kəsb edir
Yeniliklərdən dərhal xəbərdar olun
İran-Azərbaycan münasibətlərində yaradılan yeni prosesi nəzərə alaraq iki ölkə əlaqələri daha da möhkəmlənəcək.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında İranın Xarici İşlər Nazirliyinin protokollar üzrə idarəsinin baş direktoru Mehdi Honərdust deyib.
Onun sözlərinə görə, İranın xarici siyasətinin əsas hissəsini region ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi təşkil edir. İranın qonşu ölkələrlə münasibətlərinin əhəmiyyəti heç kimə gizli olan məsələ deyil.
Nazirlik rəsmisi bildirib ki, İranın Azərbaycanla çoxlu bağları var. Bu baxımdan Azərbaycan İran üçün böyük əhəmiyyət kəsb edir.
“İran bu baxımdan iqtisadi, siyasi və təhlükəsizlik münasibətlərinin gücləndirilməsi üçün daha çox səylərin göstərilməsinin tərəfdarıdır”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...