İran İsrailə onlarla PUA ilə hucum edib
Yeniliklərdən dərhal xəbərdar olun
İran İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum edib.
"Report" xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.
KAN radiosu isə daha əvvəl bildirib ki, İran İsrailə pilotsuz təyyarə ilə zərbə endirib.
Eləcə də "Al Jazeera” ABŞ administrasiyasının nümayəndəsinə istinadən xəbər vermişdi ki, İran aprelin 14-də səhər saatlarında İslam Respublikasının Dəməşqdəki konsulluğuna hücuma cavab olaraq İsrailə hücum edə bilər.
Qeyd edək ki, İsrailin Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib, onlarla təyyarə səmada, ABŞ ilə sıx koordinasiyadadır.
Oxşar xəbərlər
KİV: İran sabah səhər İsrailə hücum edə bilər
Birləşmiş Ştatlar hesab edir ki, İran aprelin 14-də səhər saatlarında İslam Respublikasının Dəməşqdəki konsulluğuna hücuma cavab olaraq İsrailə hücum edə bilər....