İran Parlamentinin deputatı Rəisi hökumətini bacarıqsız adlandırdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İran Parlamentinin deputatı sərt çıxış edib. Deputat İbrahim Rəisi hökumətini bacarıqsız adlandırıb.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, Mustafa Rza Hüseyni Qotbabadi adlı deputat deyib:
“Rəisi hökumətini ən zəif hökumət hesab edirik və bildirirəm ki, cənab Rəisi ölkə idarəçiliyində çox zəifdir. Cənab prezident, parlamentə gəlib deputatlara və xalqa cavab verməlisiniz! Siz həmişə ölkədəki problemləri əvvəlki hökumətlərin üstünə atmısınız”.
O, prezident Rəisini ölkədəki işsiz gənclərin və yaşlıların məişət problemlərinə görə də kəskin tənqid edib. Eləcə də məktəb şagirdlərinə qarşı kimyəvi hücumlara toxunaraq deyib:
“Zəhərlənmə məsələsini nə etdiniz? Neçə nəfəri həbs etdiniz? Bu əməli törədənlər kimə bağlı idilər? Harada açıqladınız? Bunları nə üçün xalqa açıb demirsiniz? Ey İran xalqı, bizim əlimizi-qolumuzu bağlayıblar, hərəkət etməyə qoymurlar. Heç bir ixtiyarımız yoxdur. Addım atmaq istəyəndə bizə qarşı iş açırlar!
Ölkəni idarə etmək üçün sizin bilik və bacarığınız azdır!”
Oxşar xəbərlər
Urmiyalı deputat çıxışı zamanı İran hökumətini sərt tənqid etdi - VİDEO
İran parlamentinin Urmiyadan seçilmiş deputatı Ruhullah Həzrətpur bu gün parlamentdə çıxışı zamanı İran hökumətini sərt tənqid edib. Bu barədə “Azad İran” “Tele...