İran molla rejiminin döyüşlərə uşaqları cəlb etdiyinə dair sübut aşkarlandı - FOTO

İran molla rejiminin uşaqları döyüşlərə cəlb etdiyini sübuta yetirən foto ortaya çıxıb.
Bu barədə "Azad İran" teleqram kanalı məlumat verib.
Bu foto SEPAH-ın Qüds qanadının öldürülmüş komandanı Qasım Süleymaninin müharibədə uşaqlardan istifadəsini sübut edən sənəddir.
SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı general Əmir Əli Hacızadə etiraf edib ki, İran-İraq müharibəsində ölənlərin 20%-i məktəblilər olub.
Əlləri Ukrayna təyyarəsinin sərnişinlərinin qanına bulaşmış həmin general televiziya proqramında İraqla müharibədə hökumətin yeganə dayağının şagirdlər tərəfindən formalaşdırıldığını da etiraf edib.
Oxşar xəbərlər
Süleymaninin varisi olan SEPAH generalı hava hücumları nəticəsində öldürülüb? - FOTO
SEPAH-ın Qüds qanadının generalının Suriyada İsrailin hava hücumları nəticəsində öldürüldüyünə dair şayiələr var. Bu barədə “Azad İran” “Telegram” kanalında məl...