İran məhkəməsi qaşqay siyasi fəal barədə ağır hökm çıxardı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İran məhkəməsi qaşqay siyasi fəala ağır həbs və digər cəzalar verib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, İranın Şiraz şəhər İnqilab Məhkəməsi qaşqay türklərinin siyası fəallarından olan Əbülfəzl Kərəmiyə beş il müddətinə azadlıqdan məhrum edilmə, beş il ölkədən çıxış qadağası və iki il sosial mediada fəaliyyətinə qadağa cəzası verilib.
Xatırladaq ki, Əbülfəzl Kərəmi bu il mayın 23-də həbs edilib, 10 gündən sonra Şirazdakı Adilabad həbsxanasına köçürülüb və iyulun 2-də iki milyard tümən (81,4 min manat) girov müqabilində sərbəst buraxılıb.
Oxşar xəbərlər
Güneyli fəal həbs olundu: Paylaşımları sübut kimi göstərildi - FOTO
Tehran Apellyasiya Məhkəməsi milli-mədəni fəal Ramin Əliniya Təzəkənd barədə ilkin məhkəmənin qərarını olduğu kimi qüvvədə saxlayıb. BAKU.WS xəbər verir ki, bu...