İran da ABŞ-a sanksiya tətbiq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
İran Amerikanın bəzi şəxsləri və qurumlarına qarşı sanksiyalar tətbiq edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi açıqlama verib.
Açıqlamada həmin şəxslər və qurumlar insan haqlarına zidd fəaliyyətlərdə, daxili işlərə qarışmaqda, zorakılıq və iğtişaşları təbliğ etməkdə, terror aktlarına təhrik və təşviq etməkdə ittiham edilib.
Sanksiya tətbiq olunmuş qurumlar arasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, ABŞ Ordusunun 9-cu Hərbi Hava Qüvvələri, ABŞ Milli Qvardiyası və s. qurumların adları yer alıb.
Həmçinin ABŞ Regional Ordu Komandanlığının (CENTCOM) komandanı, müavini, İraqın Ərbil şəhərindəki ABŞ Hərbi Hava Bazasının komandiri və digər şəxslərdə sanksiya sırasında yer alıb.
Qeyd edək ki, ümumilikdə İran bu gün 10 amerikalı şəxsi və 4 quruma qarşı sanksiya tətbiq edib.
Oxşar xəbərlər
Ukrayna XİN: “İran Rusiyanın hərbi cinayətlərinə əlbir olub”
“Ukraynada işğalçılıq müharibəsi aparmaq və Ukrayna vətəndaşlarını öldürmək üçün silah tədarükü İranı Rusiyanın Ukraynaya qarşı təcavüz cinayəti, hərbi cinayət...