İran ABŞ-nin Ermənistanda mövcudluğuna müsbət yanaşmır
İranla Ermənistan arasında münasibətlər kifayət qədər konstruktiv və yaxındır.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici işlər Nazirliyinin sözçüsü Naser Kənani bugünkü mətbuat konfransında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında dostluq və hərtərəfli münasibətləri inkişaf etdirmək üçün ümumi bir arzu var: “Hər iki tərəf regionda sabitliyin və təhlükəsizliyin, eləcə də sərhədlərdə təhlükəsizliyin qorunmasını vurğulayır.
Biz ölkələrin bir-biri ilə ikitərəfli məsələlərini şərh etmirik, amma vurğuladığımız odur ki, ABŞ-nin bölgədə mövcudluğuna müsbət yanaşmırıq”.
Oxşar xəbərlər
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - YENİLƏNİB
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Resp...