İran ABŞ-la danışıqları davam etdirmək istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
İran ölkənin İnqilab Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin ABŞ hərbçiləri tərəfindən qətlə yetirilməsinə baxmayaraq bu ölkə ilə nüvə sövdələşməsinə dair danışıqları “5+1” (Fransa, Böyük Britaniya, Almaniya, Rusiya, Çin və ABŞ) formatında davam etdirməyə hazırdır.
BAKU.WS xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmisi Abbas Musəvi məlumat verib.
“Bu, bizim ABŞ-la qarşılıqlı münasibətlərimiz üçün şərtdir. Bununla belə, generalla bağlı baş verənlərə cavab vermək lazımdır”, - deyə o, qeyd edib.
Oxşar xəbərlər
Qasım Süleymaninin qızından İran prezidentinə gözlənilməz sual - VİDEO
İran İslam Respublikasının prezidenti Həsən Ruhani İraqda öldürülən general Qasım Süleymaninin ailəsini ziyarət edib. BAKU.WS xəbər verir ki, İran televiziyalar...