Ramiz Zeynalov işdən azad edilməsi üçün nazirə müraciət edib? – AÇIQLAMA

25
okt
2018
18:44
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov istefası üçün Daxili işlər nazirinə raportla müraciət edib.BAKU.WS-in məlumatına görə, bu barədə bizimyol.info xəbər yayıb.Məlumata görə, 24 ildir bu vəzifəni daşıyan 67 yaşlı R.Zeynalov iyul ayında yaş həddinə görə vəzifəsindən azad edilməsi üçün müraciət edib. Amma general Ramiz Zeynalovun istefa istəyi qəbul edilməyib. Buna səbəb kimi isə Tovuzda “Aqropark”ın tikintisinin ona tapşırıldığı və tikinti başa çatmayınca vəzifəsindən gedə bilməyəcəyi iddia olunur.Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Kamran Əliyev sözügedən sayta açıqlamasında məlumatı təkzib edib: “Generalın Ramiz Zeynalov vəzifəsindən azad edilməsi ilə bağlı nazirə raportla müraciət etməsi iddiası əsassızdır. Ramiz müəllim iş başındadır”.BAKU.WS
Oxşar xəbərlər
İşdən çıxarılan icra başçısının ölkədən çıxışına QADAĞA QOYULDU
Bir müddət əvvəl Gədəbəy rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilən Ramiz Yediyarov barəsində Baş prokuror yanında korrupsiyaya Qarşı Mübarizə İdar...
