Ramiz Mehdiyev yeni naziri kollektivə təqdim etdi

Ramiz Mehdiyev yeni naziri kollektivə təqdim etdi
Siyasət 3274
Yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin kollektivinə təqdim olunarkən öz çıxışında 3 əsas fəaliyyət prinsiplərini açıqlayıb. BAKU.WS-in məlumatına görə, nazir fəaliyyət prinsiplərində düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, (şəffaflıq, səmərəlilik, hesabatlılıq) innovasiyaların tətbiqinin əsas götürüləcəyini qeyd edib.Fermerlərin qarşılaşdıqları problemlərin araşdırılması və həlli yollarının tapılması, diqqət və qayğını artırmaqla onlara daha yaxın olmaq, innovasiyaların xüsusilə “Elektron Kənd Təsərrüfatı” layihəsinin tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.Qeyd edək ki, İnam İmdad oğlu Kərimov kənd təsərrüfatı naziri vəzifəsinə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə təyin edilib.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər