İrakli Qaribaşvili: “Gürcüstan Azərbaycan və Ermənistanla dostdur və tərəf tuta bilməz”
Yeniliklərdən dərhal xəbərdar olun
“Gürcüstan Azərbaycan və Ermənistanla dostluq və strateji tərəfdaşlıq münasibətlərindədir. Ona görə də Gürcüstan heç bir qərəzli mövqe nümayiş etdirə bilməz və ölkəmiz 100 faiz neytraldır və tərəf tuta bilməz”.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Parisdə Sülh Forumunun panel müzakirəsində deyib.
Qaribaşvili qeyd edib ki, Gürcüstan regionda iki ölkə ilə dostluq münasibətlərini və neytrallığını qoruyur:
“Mən regionumuzda neytrallığımızı və qərəzsiz mövqeyimizi qorumaq istəyirəm. Bu, hər üç ölkənin maraqlarına uyğundur. Keçən ay Tbilisidə, beynəlxalq İpək Yolu konfransına ev sahibliyi edəndə məhsuldar görüşümüz oldu. Mən dostum Nikol Paşinyana Gürcüstana səfərinə görə minnətdaram, Azərbaycanın baş naziri də bu forumda olub. Yaxşı fürsət idi. Üçümüz birlikdə regionumuzun gələcəyini müzakirə edə bildik”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...